Seks nə vaxt vəzifəyə çevrilir?

  • Esse
Sevgi nədir? Əslində sevgi yalnızca baş-başa qalmaq istəyi deyil. Birlikdə olmaq istəyidir. Hər şeyi paylaşmaq istəyidir. Əgər cütlük ikilikdə darıxırsa deməli ilişgidə problem var.

Sevgililərin ən böyük səhvi danışmamaqdır. Kimisə anlamaq üçün onunla danışmaq lazımdır. Susaraq anlaşmaq fikri yanlışdır. Və yalnız o zaman keçərlidir ki, susmaq lazımdır. İnsanlar çox vaxt tərsinə edirlər. Danışmaq lazım olanda susurlar. Ortada anlaşılmazlıq varsa onu danışaraq, açıqca hər şeyi söyləyərək çözmək olar. Örtülü bazar dostluğu pozar.

Cütlüyün ilişgisi əsgərlik arxadaşlarından, iş yoldaşlarından seçilmirsə münasibət dostluğa çevrilir. Sevgililər yalnız dost ola bilməz. Ola bilsəydi anlayışların adları başqa-başqa olmazdı. Birinə dost, birinə sevgili deməzdik. Bütün ilişgilərdə dostluq olmalıdır fikrinin motivi başqadır. Çünki bunun əksini də demək olar. Bütün ilişgilərdə sevgililik olmalıdır. Dostunu sevməlisən. Absurd səslənir. Dostu sevmirsənsə necə dost ola bilərsən?
Sevgiliylə dost olmaq doğaldır. Dost deyilsənsə necə sevgilisən?!
Davamı →

Bir-birimizi nə qədər tanıyırıq?

Yaraladılışdan insanlar qadın və kişi olaraq fərqlidirlər. Onların arasındakı münasibətlərin sağlam olması üçün iki cinsin də qarşı tərəfin özündən fərqli olduğunu bilməsi gərəkdir. Əks təqdirdə bizim hiss etdiyimizi onun da hiss etməsini və ya bizim istədiyimizi istəməsini arzulayarıq. Bu isə nə mümkündür, nə də doğru və lazım. Çünki insanlar bir şəkildə yaradılmamışdır. Biz sevdiyimiz insana necə davranırıqsa qarşı tərəfin də bizə elə davranmasını gözləmək, yetkinləşməmiş şəxsiyyətin göstəricisidir.

Qadınlar, çox vaxt kişilərin onları dinləmədiyindən və anlamadığından şikayət edirlər.
Kadının münasibətlərdə vacib saydığı məqam, paylaşmaq və yaxınlıq hiss etməkdir. Kişilər üçün isə bacarıqlı, başçı və güclü olduğunu hiss etməsidir.
Davamı →

Sevgi tərbiyə edir

Bir universitetdə praktika keçirdim, dərs deyirdim. Eyni semestrdə həm mühazirə, həm seminar dediyim bir qız tələbə diqqətimi çəkməyə başlamışdı. Çox gözəl idi, qeyri-ixtiyari ona baxırdım, çox çalışqan idi, bütün imtahanlarda ən yüksək qiyməti o alırdı. Həm də çox xanım xarakterli idi.

Bir gün təsadüfən qızı nişanlısı ilə gördüm və boynuma alıram, ilk ağlımdan keçən «Armudun yaxşısını ayılar yeyər» düşüncəsi oldu. 27-28 yaşlarında, saçı bir az tökülmüş, kök, balacaboy adam idi. Bu insanla puluna görə nişanlana biləcəyi ağlıma gələn ilk fikir oldu. Sonra öyrəndim ki, imkanlı biri deyil və başqa bir universitetdə psixologiya üzrə doktoranturada oxuyur və gələcəkdə ixtisası üzrə professor olmaq istəyir. Düşüncəm məni rahat buraxmırdı. Görəsən nə tapmışdı mənim gözəl tələbəm bu oğlanda?

Bir gün koridorda qıza yaxınlaşdım və bir az ordan-burdan danışdıqdan sonra maraqlı olduğum mövzu ilə bağlı sual verdim:
Davamı →

Ailədə harmoniya qadında gizlənib

Hamımız yaxşı bilirik ki, səhvləri etiraf etmək çətin olur. Bəzən haqsız olduğumuzu bilə-bilə özümüzü müdafiə etməyə, küsməyə və hirslənməyə davam edirik. Nəticədə neqativ və aqressiya həm özümüzə, həm də yaxınlarımıza qayıdır. Bu halda evdə ailədaxili münaqişələr və gərginlik yaranr.

Rəfiqələr də bir yerə yığışanda tez-tez öz məişət problemlərini müzkairə edir, ərlərindən şikayət etməyə başlayırlar. Lakin psixoloqlar məsləhət görür ki, qadınlar birinci növbədə öz daxili problemlərini həll etməlidir. Və əlbəttə ki, bütün kişiləri günahlandırmağı dayandırmalıdır. Psixoloq Mixail Labkovskiy əmindir ki, əgər qadın qarşı tərəfdə ancaq neqativ görürsə, özünün ailədəki mövqeyini ciddi nəzərdən keçirməyə dəyər.

Xoşbəxtlik səndə gizlənib
Elə insanlar var ki, uzaqdan xoşbəxt olduqları dərhal seçilir. Onların həyatında hər şey qaydasındadır: sevimli ər, uşaqlar, gözəl karyera və s. Belə insanlara həsəd aparmaq yox, sadəcə öyrənmək lazımdır. Əsas məsələ qavrayış və emosional durumdan asılıdır. Razı olmağı, kiçik şeylərdən sevinməyi öyrənin. Onda ətrafındakıların tamamilə dəyişdiyini özünüz də görəcəksiniz.
Davamı →

Xərclərin azaldılması üçün 9 qayda

Pulları düzgün xərcləməyi bacaran şəxs üçün pul həmişə kifayət edir. Söhbət Sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərin planlaşdırılmasından gedir. Maddi rifaha doğru gedən yol.

Xərclərin azaldılmasında əsas amillərdən biri xərclərin qabaqcadan planlaşdırılmasıdır. Əlbətdə ki, bütün xərcləri öncədən planlaşdırmaq mümkün deyil, heç bunu etməyə belə dəyməz. Biz axı insanlarıq, robot deyilik ki. Amma yenə də, planlaşdırmasız mümkün deyil. Söhbət Sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərdən gedir. Siz sual verəcəksiniz ki, niyə məhz 10?

Davamı →

Xoşbəxt övlad tərbiyə etməyin yolları


Uşaqların xoşbəxt, şən əhval –ruhiyyəli, psixoloji sağlam böyümələri üçün valideynlər necə davranmalıdırlar?

Övladınızı var olduğu kimi qəbul edin. Uğurları, uğursuzluqları, bacardıqlar və bacara bilmədikləri üçün övladınızı dəyərləndirməyin. Onlar sizin bir parçanızdır. Onları olduqları kimi sevib dəyər verin. İnkişafı üçün əlinizdən gələnləri edərək ona dəstək olun.

“Hamıdan yaxşı olsun” ifadəsindən uzaq olun. Hər baxımdan inkişafı üçün lazımi istiqamətlərdə dəstəyinizi verərkən “ sən hər kəsdən yaxşı olmalısan” deyə övladınıza psixoloji gərginlik yaşatmayın. Bacarması üçün dəstək olun, lakin bu zaman övladınıza basqı etməyin.
Davamı →

Evliliyinizi xilas edəcək 10 vərdiş

Psixiatr və şəxslərarası münasibətlər sahəsində beynəlxalq ekspert, xoşbəxt yaşamağın sirləri haqda bir neçə bestsellerin müəllifi  Doktor Mark Goulston — cütlüklərə ömürlərinin sonunadək sevgini qoruyub saxlamağa imkan yaradan 10 vərdişi işləyib hazırlamışdır. Bunlar münasibətlərindən razı olan insanların gündəlik davranışlarıdır:

1. Onlar eyni vaxtda yatmağa gedirlər
Xoşbəxt cütlüklər yataq otağına müxtəlif vaxtlarda getməkdən özlərin saxlayırlar. Onlar hətta müxtəlif vaxtlarda oyanmalı olsalar da, eyni vaxtda yatırlar.

2. Onlar ortaq maraqları inkişaf etdirirlər
İlkin ehtiras itəndə insanlar başa düşürlər ki, birlikdə özlərin yaxşı hiss etmək üçün ortaq maraqlar olmalıdır. Birlikdə keçirilən vaxtı göz ardı etmək lazım deyil. Əgər ortaq maraqlarınız yoxdursa, onlarə tapıb inkişaf etdirmək lazımdır. Məsələn, cümə günləri boulinqə getmək və ya şənbə günü üzgüçülüklə məşğul olmaq və s.

3. Onlar gəzərkən əl-ələ tuturlar
Özümüz özümüzə nə qədər ağıllı, proqressiv və yetkin görünsək də, toxunuşların əhəmiyyəti hələ itməyib. Əgər küçədə ələ-ələ tutaraq gəzməyin nə olduğunu unutmusunuzsa, tezliklə boşanmanın nə olduğunu bilmək ehtimalınız böyükdür.


Ardı →

Yaxşı həyat yoldaşı - Yaxşı valideyn

Bu sadə “riyazi düstur” əslində bütün ailə səadətinizin əsasını təşkil edir. Yaxşı həyat yoldaşı sayıla bilməyiniz üçün malik olduğunuz keyfiyyətlər eyni zamanda  da sizin yaxşı valideyn olma statusunuza birbaşa təsir edir.  Çünki həyat yoldaşınızı xoşbəxt edən, ona sevinc və hüzur verən davranışlarınız həm də övladınızı xoşbəxt etməkdədir.

Qadın kişi arasındakı emosional bağ, həssasiyyət uşaq –valideyn arasında da eynilə yaşanmaqdadır.  Belə ki, günün sonunda bir araya gələn cütlüklər bir-birinin halını xəbər alıb, yaşadığı gərginlikləri, stressləri və ya sevindirici hadisələri anlayıb paylaşa bilirlərsə, birlikdə əylənməyi, xoş gün və ya saatlar keçirməyi, bir-birlərinin qayğısına qalıb, bir-birini dinləməyi bacarırlarsa, bütün bunları uşaqları ilə də rahatlıqla edə biləcəklər.  Çünki bu elə bil bağdır ki  , uşaq hələ dünyaya gözünü açmamışdan bu mühitin içərisinə daxil olur.

Bu aura ilə yoğrulur psixologiyası, şüuraltısı.  Böyüdükcə problemlər çıxmırmı? Əlbətdəki çıxır,uşaq fərd ,şəxsiyyət kimi formalaşmağa başladığı andan başlayır problemlər. Amma diqqət edin bu cür ailələrdə problemlər daha asanlıqla,daha az iz qoyacaq şəkildə həll olunarkən, ailə bağları zəif, ata-ana arasında münasibətlərin,ünsiyyətin qopuq olduğu ailələrdə tam əksinə olur. Və hər iki ailə modelində böyüyən uşaqların psixologiyasında, gələcəkdə özlərini bir şəxsiyyət kimi formalaşdırmasında, quracaqları ailədə belə çox kəskin fərqlər müşahidə olunur.


Ardı →

Yoldaşınızın uğuru sizdən asılıdır


Bir çox gənc qızlar ailə həyatı qurarkən gələcək barədə heç düşünmürlər və yalnızca bu gün ilə yaşayırlar. Bu zaman onları idarə edən emosiyaları və hissləri olur. Lakin illər keçdikdən sonra əsl ailə həyatı başlayır, sevgi bitir və bu azmış kimi maliyyə problemləri baş qaldırır.

Qadınlar bir faktı qəbul etməlidirlər ki, onların həyat yoldaşlarının uğuru elə qadınların özlərindən asılıdır. Müvəqqəti çətinliklərə dözməyə hazır olan və ərinin uğuruna inanan qadın ailəsini bu çətin böhrandan çıxara bilər.
Ardı →

Doğru seçim

Xoşbəxtlik xoşbəxtliyi anlamaqla başlayır. Yəni biz əsl xoşbəxtliyin nə olduğunu anlaya bildiksə, elə bil yolun yarısını qət etmiş olarıq. Əsas məsələ sonsuz gücü tanımaq və bir tərəfdən ona bağlanmaqdır. Əgər qopmayan, qırılmayan ipə sarıla bildiksə heç vaxt solmayacaq rəngə boyana bildiksə deməli xoşbəxtik….

Evlilik-ömrünüzdə bir dəfə yaşayacağınız, daha dəqiq desək bir dəfə yaşamalı olduğunuz yeganə səadətdir. Evləndiyiniz insan sizin üçün ilk və tək olmalıdır. Başqa cür olsa ürəyinizin bir kənarında acı bir xatirə olaraq qalar və həmişə səadətinizə kölgə salar. Düzgün seçim ailənin sağlam təməl üzərinə qurulması nəsillərin yaxşı yetişməsi üçün ən vacib məsələlərdən biridir. Elə isə necə düzgün seçim edə bilərik?

Hər şeydən əvvəl insanlar evlənərkən bir-birlərini aşağıdakı xüsusiyyətlərinə görə bəyənirlər:

• Gözəllik

• Var-dövlət

• Əsil-nəcabət

• Gözəl əxlaq


Ardı →